Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) 18 yerli bankın nümayəndələri ilə görüş təşkil edib. Bu barədə RİTN-in məlumatında deyilir.
Hazırda Dövlət Fondu biznes strukturlarına kreditlər təqdim edəcək agent bankların seçiminə başlamağa hazırlaşır.
Fondun icraçı direktoru Elçin Zeynalov bank nümayəndələri üçün İTİDF-in fəaliyyətinə dair təqdimat ilə çıxış edib. “Bizim əsas məqsədimiz bu sahəni inkişaf etdirərək, yerli mütəxəssis və sahibkarları stimullaşdırmaq, İKT layihələrini maliyyələşdirmək və yerli İT məhsullarını beynəlxalq bazara çıxarılacaq səviyyəyə çatdırmaqdır. Banklar da bizi bu məqsədlərə çatmaqda dəstəkləməlidirlər. Çünki bu gün onların aşağı faiz dərəcələri ilə fondun vəsaitlərini kredit şəklində paylamaqları gələcəyə investisiya qoyuluşu kimi qiymətləndirilə bilər, ölkənin və gənclərin gələcək inkişafını təmin edər”, - deyə E.Zeynalov vurğulayıb.
Xüsusilə banklar vasitəsilə innovativ İT layihələrin kreditləşməsi, internet ticarət və internet-banking layihələrinin inkişafı, yeni nəsil kommunikasiya texnologiyalarının qurulması planlaşdırılır.
Xəbər verildiyi kimi, fondun tam fəaliyyətə başlanması 2013-cü ilin sonuna planlaşdırılır.
Dövlət Fondunun fəaliyyətinin əsas məqsədi İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyinin təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, ən yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və s.-dir.
Fond müvəkkil kredit təşkilatlarının kreditlərin verilməsinə dair müraciətlərinə baxır. Müvəkkil kredit təşkilatları isə güzəştli kredit almaq istəyən sahibkarlıq subyektlərinin ərizələrini qəbul edir.
Vəsaitlərin istifadəsi qaydalarına əsasən, qaytarılan güzəştli kreditlər, eləcə də digər daxilolmalar Dövlət Fondunun hesabında qalır və təyinatına görə istifadə edilir.
Bununla yanaşı, fondun xətti ilə aşağıdakı şərtlərlə kreditlər verilə bilər: 10 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər, verilmə müddəti - 3 ilədək; 50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər; verilmə müddəti - 5 ilədək, 500 001 manatdan 5 000 000 manatadək – iri həcmli kreditlər, verilmə müddəti - 10 ilədək.
Kreditlər illik 1% dərəcəsi ilə verilir.
Bundan əlavə, fondun xətti ilə 10 000 manatdan 100 000 manatadək kiçik həcmli, 100 001 manatdan 200 000 manatadək orta həcmli, 200 001 manatdan 300 000 manatadək iri həcmli qrantlar veriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət