Azərbaycan Polşa ilə ekologiya və sənayenin qeyri-neft sektorunda yaşıl texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov çərşənbə günü Bakıda keçirilən “GreenEvo - Yaşıl Texnologiyaların Akseleratoru” adlı seminarda bəyan edib.
“Azərbaycanda ekologiya məsələlərinin həllinə böyük diqqət ayrılır, mühüm tədbirlər həyata keçirilir. Polşanın təcrübəsinı nəzərə alaraq, bu sahədə əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşməsinə zərurət var”, - deyə G.Cavadov bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan Polşanın ekologiya sahəsində yaşıl texnologiyaların tətbiqi üzrə təcrübəsinin öyrənilməsində maraqlıdır.
“Bizdə məişət tullantılarının emalı üzrə poliqon tikilib, lakin bu sahədə də Polşa ilə əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur. Seminarın işində Polşanın 14 şirkətinin və Azərbaycanın dövlət qurumlarının 40-a yaxın nümayəndəsi iştirak edir. Düşünürəm ki, bu seminar iki ökə arasında əməkdaşlığın genişlənməsi üçün yaxşı şərait yaradacaq, Polşa şirkətlərinə Azərbaycanda tərəfdaşlar tapmağa, əlaqələri genişləndirməyə imkan verəcək”, - deyə G.Cavadov qeyd edib.
Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib ki, ətraf mühitin mühafizəsi və ekologiya sahəsində Polşanın innovasiya texnologiyaları xaricdə uğurla istifadə olunur.
“Azərbaycan və Polşa ətraf mühitin mühafizəsi uğrunda fəal mübarizə aparır. Bu seminar ikitərəfli əlaqələrin qurulması üçün mühüm əhəmiyyət kəsb edir. Polşa bu sahədə, eləcə də yaşıl enerji istehsalı və yaşıl iqtisadiyyat, innovativ yaşıl texnologiyaların tətbiqi üzrə təcrübəsi ilə bölüşməyə hazırdır”, - deyə səfir qeyd edib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət