Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Almaniya parlamentinin üzvü Yürgen Klimkenin Ermənistanın işğalı altında olan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qeyri-leqal səfəri ilə əlaqədar Bundestaqa etiraz məktubu ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, bu qanunsuz səfər Azərbaycan ictimaiyyətinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların narazılığına səbəb olub.
“Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin bu addımı BMT və Avropa Parlamenti tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyən qətnamələrə ziddir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu regiona edilən bütün səfərlər Azərbaycanın idarə orqanları tərəfindən tənzimlənməlidir”, - deyə məktubda qeyd olunur.
Məktubun müəlifləri vurğulayıblar ki, Yürgen Klimkenin Dağlıq Qarabağa qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan rəsmi Berlinin də mövqeyinə ziddir.
Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruri olduğunu vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət