Oktyabrın 1-də «Azərikimya» İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində xeyriyyə aksiyası keçirilmişdir.
Tədbirdə Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru İlham Bağırov və Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Şaban Eyvazov tədbirin məqsəd və qayəsindən danışmış, belə bir xeyipxah təşəbbüsdə iştirak edənlərə minnətdarlıqlarını bildirmişdir.
«Azərikimya» İB tərəfindən üç ildən bəridir ki, «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilən xeyriyyə aksiyalarının davamı kimi bu tədbirdə ümumilikdə 22 nəfər əlil əl və ayaq protezləri ilə təmin olunmuşdur. Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin tibb şöbəsinin müdiri Pənah Məmmədovun rəhbərliyi altında 4 nəfər texnikin və Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin üzvlərinin köməkliyi ilə əlillər yeni süni əl və ayaqlarına qovuşmuşlar.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, iki il bundan öncə də belə bir xeyirxah addım atılmış və onlarla əlil insana sevinc bəxş edilmişdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət