KİV-in iştirakı olmadan seçki prosesinin şəffaflığını təmin etmək mümkün deyil. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov çərşənbə günü Bakıda “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfransda çıxışı zamanı bəyan edib.
“Seçkilər prosesində KİV nümayəndələrinin iştirakı aktualdır”, - deyə söyləyən Ə.Amaşov əlavə edib ki, Şura seçkilər mövzusunda bütün materialların monitorinqini aparır. Bununla belə, o, bir sıra mətbu orqanda “qara piar”ın olması ilə əlaqədar narahatlıq ifadə edib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib ki, seçkilərin açıq gedişini təmin etmək üçün hər cür şəraitin yaradılmasının zərurətini qeyd edib. Bununla əlaqədar o deyib ki, “məsuliyyət, davranış və hüquqlar KİV nümayəndələrinin diqqət mərkəzində olmalıdır”.
Tədbirdə çıxış edən MSK üzvü Azər Tağıyev qeyd edib ki, KİV nümayəndələri seçkilər zamanı qeydə alınmış pozuntularla bağlı MSK-ya məlumat verə bilərlər. “Beləliklə, jurnalistlər müşahidəçilərin funksiyalarını yerinə yetirə biləcəklər”, - deyə o əlavə edib.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) sədri Vüqar Səfərlinin sözlərinə görə, konfransın məqsədi 9 oktyabrda keçiriləcək prezident seçkilərində jurnalistlərin hüquqlarını xatırlatmaq və maarifləndirmə işi aparmaqdır.
Tədbir Mərkəzi Seçki Komissiyası və KİVİDDF tərəfindən təşkil olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət