Bu gün “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı ilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verir.
Sənəd Milli Məclisin deputatı Fuad Muradov və GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) baş katibi Valeri Çeçelaşvili tərəfindən imzalanıb.
“Bu, bizim imzaladığımız ilk memorandum deyil. Biz UNESCO və digər 10 beynəlxalq təşkilatla da analoji sənədlər imzalamışıq”, - deyə F.Muradov bildirib.
Onun sözlərinə görə, memorandum beynəlxalq arenada müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
“Gürcüstan, Ukrayna və Moldovanın da təmsil olunduğu GUAM Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu ölkələr arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub. Biz çox şadıq ki, bu gün gənclər təşkilatı ilə “GUAM+” formatında saziş imzalayırıq”, - deyə V.Çeçelaşvili vurğulayıb.
Onun sözlərinə görə, bu sənəd gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün ciddi əsas olacaq.
“Biz bu tərəfdaşlıq sazişinin mətni üzərində ciddi surətdə işləmişik. Əgər konkret layihələr barədə danışsaq, bunlar, ilk növbədə humanitar layihələrdir. Bu, əməkdaşlıq sahəsində yaxşı təkanverici element ola bilər. Bununla yanaşı, əməkdaşlıq idman, nəqliyyat və tranzit sahələrini də əhatə edəcək, lakin humanitar sahə prioritet olaraq qalacaq”,- deyə V.Çeçelaşvili bildirib.
F.Muradov qeyd edib ki, onun rəhbərlik etdiyi gənclər təşkilatı yaxın vaxtlarda bir sıra beynəlxalq tədbirlər keçirəcək və bu tədbirlərə GUAM nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət