Çərşənbə günü Azərbaycanda prezident seçkiləri keçirilr.
Seçki məntəqələri saat 8:00-da (Moskva vaxtı ilə saat 07:00) açılıb və saat 19:00-a qədər (Moskva vaxtı ilə saat 18:00) öz işini davam etdirəcək. Səsvermə 125 seçki dairəsində 5273-nün daim fəaliyyət göstərdiyi 5491 seçki məntəqəsində həyata keçirilir. Səsvermə və seçicilərin səslərinin hesablanması proseslərinin şəffaflığının təmin edilməsi məqsədilə 1 min seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkilər günü ölkənin hüdudlarından kənarda olan 12 minə yaxın Azərbaycan vətəndaşı respublikanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarında yaradılmış 38 seçki məntəqəsində səs verəcək.
Azərbaycanda 5 mln. 144 min 937 nəfərin səsvermə hüququ var.
Seçkilərdə 10 namizəd iştirak edəcək. İndiki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə, Ana Vətən Partiyasının keçmiş sədr müavini, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Sərdar Cəlaloğlu yaxın beş ildə prezident postuna iddiaçıdırlar.
İndiki dövlət başçısı İ.Əliyev 2003 və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində qələbə çalaraq iki dəfə ölkə prezidenti postuna layiq görülüb.
2009-cu il martın 18-də keçirilmiş ümummilli referendum əsasında ölkə Konstitusiyasına bir şəxsin dövlət başçısı postuna bir neçə dəfə seçilməsinə qoyulan məhduddiyyətin aradan qaldırılmasını nəzərdə tutan düzəliş qəbul edilib.
MSK 52 minə yaxın müşahidəçini qeydiyyata alıb. O cümlədən təxminən 100 ölkə və 50 beynəlxalq təşkilatı təmsil edən 1300-dən çox beynəlxalq müşahidəçi Azərbaycanda seçkiləri müşahidə edəcək.
MSK gün ərzində yerli vaxtla saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-a olan vəziyyətə görə səsvermədə iştirakla bağlı açıqlamalar verəcək.
Prezident seçkiləri ilə əlaqədar olaraq ölkənin hüquq-mühafizə orqanları oktyabrın 7-dən 13-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə müvafiq olaraq seçkilərdə iştirak etmiş seçicilərin səslərinin yarıdan çoxunu qazanmış namizəd Azərbaycan Respublikasının prezidenti seçilmiş hesab olunur. Əgər prezidentliyə namizədlərdən heç biri yetərli qədər səs toplaya bilməyibsə, MSK-nın qərarı ilə ən çox səs toplamış iki namizəd arasında yenidən səsvermə keçirilir.
Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə əsasən, prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsinin seçkilərin yekunlarını rəsmi şəkildə elan etməsindən etibarən 3 gün ərzində and içməlidir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət