Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəyan edib ki, saat 12:00-a olan vəziyyətə görə, prezident seçkilərinin nəticələrinə təsir göstərə biləcək pozuntular qeydə alınmayıb.
“Günortaya olan vəziyyətə görə, MSK tərəfindən prezident seçkilərinin nəticələrinə təsir göstərə biləcək nöqsanlar qeydə alınmayıb”, - deyə M.Pənahov çərşənbə günü jurnalistlərə bildirib.
“Məntəqələrin birində kimsə özünü jurnalist kimi tədim etməyə çalışaraq saxta vəsiqə təqdim edib. Bu məsələ araşdırılır. İlkin məlumatlara əsasən, o, KİV nümayəndəsi deyil. Digər məntəqədən seçicilərdən birinin masadan bir neçə bülleten götürərək qaçması barədə məlumat daxil olub. Bu, cinayətdir. Belə hərəkətlər təxribat xarakteri daşıyır”, - deyə MSK sədri səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
O, həmçinin deyib ki, saat 12:00-a qədər seçicilərin 36,81%-i səs verib ki, bu da yüksək göstəricidir.
Sədrin sözlərinə görə, prezident seçkiləri hər zaman seçicilərin fəal iştirakı ilə fərqlənir. "Adətən günün birinci yarısında daha çox fəallıq müşahidə olunur, axşama yaxın isə səs verənlərin sayı azalır", - deyə M.Pənahov vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, M.Pənahov jurnalistlərlə söhbətdən əvvəl 10 saylı Binəqədi III Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət