Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirən MDB müşahidəçiləri Gəncə şəhərində seçicilərin səs verməsi zamanı heç bir pozuntu qeydə almayıblar.
“Biz səhər saatlarından etibarən seçki dairələrinə baş çəkirik. 37, 38 və 39 saylı seçki dairələrində olmuşuq. Qeyd edim ki, insanlar çox fəal və müsbət əhval-ruhiyyə ilə seçkilərdə iştirak edirlər. Proses hər hansı hüquq pozuntusu olmadan davam edir”, - deyə MDB-dən olan müşahidəçi Azam Usmanov “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib. O, seçki prosesinin yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib.
“Ümid edirik ki, proses elə həmin müsbət məcrada davam edəcək”, - deyə A.Usmanov əlavə edib.
Bu arada saat 15:00-a olan məlumata görə, 37 saylı Nizami birinci seçki dairəsində 35,431 min seçicidən 19,355 min nəfər (54,63%), 38 saylı Nizami ikinci seçki dairəsində 34,502 min seçicidən 18,928 min nəfər (54,8%), 39 saylı Kəpəz birinci seçki dairəsində 41,911 min seçicidən 19,710 min nəfər (47,03%), 40 saylı Kəpəz ikinci seçki dairəsində isə 42,854 min seçicidən 19,979 min nəfər (46,62%) səs verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət