Azərbaycan hökuməti 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsumlar üzrə daxilolmaları 7 mlrd. 102 mln. manat səviyyəsində proqnozlaşdırır ki, bu da 2013-cü ilin proqnozundan 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2012-ci ildəki daxilolmaların faktiki həcmi ilə müqayisədə 17,9% artacaq”, - deyə məlumatda bildirilir.
2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 38,6%-ni təmin edəcək.
2014-cü ildə dövlət büdcəsinə qeyri-neft sektorundan vergi daxilolmaları 4,3 mlrd. manat və ya Vergilər Nazirliyinin xətti ilə bütün köçürmələrin 60,5%-i (2013-cü ilin proqnozlarına nisbətən artım 14,4%), neft sektorundan daxilolmalar 2 mlrd. 802 mln. manat və ya 39,5% (artım 6,1%) səviyyəsində proqnozlaşdırılır.
Hökumətin proqnozlarına əsasən, 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə mənfəət vergisi üzrə daxilolmalar 2 mlrd. 217 mln. manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 882 mln. manat, ƏDV üzrə 2 mlrd. 139 mln. manat, əmlak vergisi üzrə 132 mln. manat, torpaq vergisi üzrə 48 mln. manat məbləğində planlaşdırılır.
Bundan başqa, aksizlər üzrə daxilolmalar 784,5 mln. manat, yol vergisi üzrə 45 mln. manat, sadələşdirilmiş vergi üzrə 130 mln. manat, mədən vergisi üzrə 116 mln. manat, “Dövlət rüsumu” maddəsi üzrə 123 mln. manat, cərimə və maliyyə sanksiyalarının tətbiqi üzrə 160 mln. manat məbləğində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət