Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2013-cü ilin yanvar-sentyabr aylarında vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 380 cinayət işi açıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 18% çoxdur. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Həmin cinayət işlərindən 159-u səyyar vergi yoxlamalarının nəticələri, 202-si vergi borcunun ödənilməməsi, 14-ü aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.
“Hesabat dövründə istintaqı tamamlanmış 82 cinayət işindən külli miqdarda vergidən yayınma faktları üzrə 28 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 37 iş, qanunsuz sahibkarlıq faktları üzrə 5 iş, qanunsuz idman mərc oyunlarının keçirilməsi faktı üzrə 1 iş, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə 11 iş olmaqla cəmi 83 nəfər barəsində 82 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”, - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında 196 işin icraatına xitam verilib, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 24 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.
Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 27 mln. 508,9 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 409 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və 2000-ci il avqustun 30-da fəaliyyətə başlayıb. 2012-ci ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 417 cinayət işi açıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar»ın əsas tərəfdaşlığı ilə «Balloon Festival» keçirildi
Bakcell-in dəstəyi ilə «Google AI Hackathon» baş tutub
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət