“Norm Azerbaijan” MMC "Norm Sement"zavodunda istehsala başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Hazırda zavodda tikinti işləri başa çatıb və ilk sement istehsalına başlanılıb. Zavodun 2013-cü ilin sonunadək tam istismara verilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
Gündə 5 min ton klinker və ildə 2 mln. ton sement istehsal etmək gücünə malik "Norm Sement" zavodu Cənubi Qafqazda ən iri sement zavodu olacaq.
Zavodda Almaniya, Fransa, İsveçrə və Niderlandın aparıcı istehsalçılarının avadanlıqları quraşdırılıb, müasir texnologiyalar tətbiq edilir.
Xəbər verildiyi kimi, “Norm Azerbaijan” MMC Bakının Qaradağ rayonunda sement zavodunun tikintisi məqsədilə 2006-cı il mayın 4-də yaradılıb. Zavodun inşası üzrə layihənin ümumi dəyəri $400 mln. təşkil edir.
Zavodda 400, xammal karxanalarında isə 100-150 nəfər çalışacaq.
Hazırda Azərbaycanda sement istehsalı üzrə daha bir böyük müəssisə - “Qaradağ Sement” zavodu fəaliyyət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət