Azərbaycan 2015-ci ildə sementə tələbatını daxili istehsal hesabına tam təmin edəcək. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bazar ertəsi Bakıda keçirilən XXIV Avrasiya Sement Forumunda çıxışında bəyan edib.
“Akkord” və "Norm" şirkətləri tərəfindən yeni müəssisələrin istismara verilməsi Azərbaycanın sementə olan tələbatının öz hesabına ödənilmə səviyyəsini 2012-ci ildə 44%-dən 2015-ci ildə 100%-ə çatdırmağa imkan verəcək”, - deyə N.Səfərov bildirib.
Nazir müavini qeyd edib ki, tikinti materiallarının istehsalı fəal inkişaf edən emal sənayesinin mühüm istiqamətidir.
“Son 10 il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı 2,5 dəfə, o cümlədən sementin – 2,3 dəfə, hazır beton məhsullarının – 11 dəfə, kərpicin – 4 dəfə artıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu dövrdə tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrin sayı 11,7% artıb. Bu sahədə qeyri-dövlət sektorunun payı 94%-ə çatıb.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda 2 mln. tona yaxın sement istehsal olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət