Bakı Biryulevoda Rusiya vətəndaşı Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən Orxan Zeynalovun işi ilə bağlı şəffaf istintaq tələb edir. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
“Əgər bu hadisəyə adi iş kimi baxsaq, qanun çərçivəsində istintaq aparılmalıdır. Azərbaycan öz vətəndaşının başqa bir ölkənin ərazisində bu cür hadisəyə aidiyyəti olmasını nəzərə alaraq bu prosesin qanunvericilik əsasında və şəffaf şəkildə həyata keçirilməsinin nəinki tərəfdarıdır, həm də bunu tələb edir”, - deyə A.Əzimov söyləyib.
Nazir müavini deyib ki, bununla bağlı beynəlxalq hüququn və qanunvericiliyin müvafiq norma və prinsipləri var və Azərbaycan bunun üstündə dayanacaq.
“Digər tərəfdən, mənim müşahidələrimə görə, bu məsələ Rusiyada əsassız yerə qızışdırıldı və ictimai qürur məsələsinə çevrildi. Bunun nəyə gətirib çıxaracağını və arxasında kimin durduğunu bilmək istəyirəm. Bu cür arzuolunmaz hallar hər bir ölkədə baş verə bilər. Bilirsiniz ki, Rusiyada gərgin kriminogen durum mövcuddur və Moskva kimi bir meqapolisdə həmin gün çoxlu digər hadisələr də baş verib. Lakin ictimaiyyətin diqqəti həmin hadisələrə bu miqyasda yönəldilmədi. Bu səbəbdən burada müəyyən sünilik müşahidə edirəm. Bunun arxasında duran adamlar və ya strukturlar bu süni yaradılmış vəziyyətdən çıxış yolunu nədə görürlər? Onlar nə vaxta qədər bu böhranı yürüdəcəklər və bundan hansı faydaları götürəcəklər? Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmək istəyən adamlar situasiyanı düzgün qiymətləndirməlidirlər ki, bumeranq effekti ilə qarşılaşmasınlar”, - deyə A.Əzimov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət