Azərbaycan Avrasiya İttifaqına daxil olmağı məqsədəuyğun hesab etmir. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.
“Bu cür birliklərin yaradılması hələlik ilkin mərhələdədir. Orada bir çox aspekt var ki, onları nəzərdən keçirmək lazımdır. Azərbaycan həm regionda, həm də bölgədən kənarda daha böyük formatlarda iştiraka və əməkdaşlığa hazır bir dövlətdir”, - deyə A.Əzimov bildirib. O qeyd edib ki, bu gün Azərbaycan daha geniş formatlarda iqtisadi və siyasi töhfə verir.
“Düşünmürəm ki, biz 360 dərəcəyə istiqamətlənən siyasətimizə dəyişikliklər etməliyik. Azərbaycan dünya birliyinin üzvüdür, bir sıra beynəlxalq təşkilatlara daxildir və birtərəfli istiqamətə yönəlməkdə böyük fayda görmürəm”, - deyə diplomat vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan öz gücünə arxalanan, milli iqtisadi və təbii resurslardan mənfəət əldə edən dövlətdir. Eyni zamanda Azərbaycanın imkanlarından və potensialından yararlanan region ölkələri də var.
“Azərbaycan digər ölkə və regionlara fayda verən dövlətdir, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir, transregional nəqliyyat yollarını inkişaf etdirir. Fikrimcə, bu mənada bizim birtərəfli formata daxil olmağımız məqsədəuyğun deyil. Ona görə ki, Azərbaycan yalnız bir istiqamətə baxmamalıdır. Geniş imkanlara malik bir dövlət kimi, Azərbaycan bütün formatlarda yalnız öz maraqlarından çıxış edərək iştirak etməlidir”, - deyə nazir müavini vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət