Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Proses hakim Əlisultan Osmanovun sədrliyi altında keçir.
G.Əhmədovanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli-miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə cinayət işi açılıb.
Keçmiş deputatın vəkili Əfsər Talıbov çıxış edərək müdafiə etdiyi şəxsin barəsində qaldırılmış cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, haqqında yayılan videomateriallar əsassız olduğundan onların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatətlər verib.
Məhkəmə prosesinin növbəti iclası oktyabrın 28-nə təyin edilib.
G.Əhmədova 2013-cü il fevralın 13-də həbs olunub.
İstintaqla müəyyən olunub ki, sabiq deputat 2005-ci ilin payızında tanışı Sevinc Babayeva ilə cinayət əlaqəsinə girib və Azərbaycan Beynəlxalq Universitetinin o zamankı rektoru Elşad Abdullayevin deputat seçilməsinə kömək edəcəyini vəd edərək ondan 1 mln. dollar alıb.
Bundan əlavə, G.Əhmədova Türkiyə vətəndaşı Səlcuk Ağlayanla birgə cinayət işinin iştirakçısı Sevinc Babayevanın 2012-ci ilin sentyabr ayından 2012-ci ilin dekabr ayına qədər, yəni onun dünyasını dəyişən günə qədər istintaqdan gizlənməsinə kömək edib.
2012-ci il sentyabrın sonunda Azərbaycan Baş Prokurorluğu bir neçə il öncə çəkilmiş, G.Əhmədova və fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayevin söhbətini əks etdirən videoyazının yayılması faktı ilə bağlı cinayət işi qaldırıb. Videoyazıda G.Əhmədova E.Abdullayevin 2005-ci ildə deputat seçilməsi üçün ondan rüşvət tələb edir. Hadisədən bir qədər sonra G.Əhmədovanın deputat mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib və o, üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət