“İnterfaks-Azərbaycan” agentliyinin hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının dosenti Rəna Quliyeva ilə müsahibəsi.
-Bu gün hüquqşünasların çox, əsl peşəkarların isə az olduğunu tez-tez eşitmək olar. Bu nə ilə əlaqədardır? Əmək bazarının həddindən artıq dolması və ya dörd il təhsil almış şəxsin hüquq xidməti göstərməsi və karyera yüksəlişi üçün lazımi bilik və bacarıqlara malik olmaması ilə?
-İstənilən sahədə peşəkar olmaq yalnız bilik və praktiki bacarıq deyil, həm də inadkarlıq, məqsədyönlülük və digər vacib keyfiyyətlər tələb edən uzun prosesdir. Başqa sözlə, şəxsiyyətin özündən, qarşısına qoyduğu məqsədlərdən çox şey asılıdır. Hamıya eyni təhsil verilir. Əzbərçi-əlaçı tələbə təşəbbüs göstərməyə və ya yaxşı oxuyan birisi yaradıcı, ambisiyalı və hərtərəfli inkişaf etmiş ola bilər. İşə düzələrkən isə əlbəttə, qırmızı diploma üstünlük veriləcək, lakin karyera pilləsində ikinci - məqsədinə çatmağı bacaran, öz yüksəlişi üzərində işləyən şəxs irəliləyəcək.
Həddindən artıq çox hüquqşünasın hazırlanmasına, əmək bazarında onlara tələbatın guya olmamasına gəlincə, mənə belə gəlir ki, problem hüquq fakültəsi məzunlarının əksəriyyətinin Bakıda işə düzəlmək istəməsindədir. Azərbaycanın regionlarında isə hüquqşünaslara böyük ehtiyac var. Söhbət müvafiq strukturların yönləndirdiyi məhkəmə və istintaq orqanlarından getmir. Hüquqşünasların fəaliyyət sferası yalnız hüquq-mühafizə və məhkəmə orqanları ilə məhdudlaşmır. İcra hakimiyyətləri, bələdiyyələr, vergi orqanları, sosial təminat orqanları, banklar və sair yerlərdə gənc hüquqşünas özünü göstərə bilər. Bir sözlə, hüquqşünas istənilən sahədə lazımdır.
İkinci problem işəgötürənlər və məzunlardır. Bir tərəfdən diplomun alınması işə qəbula zəmanət vermir. Digər tərəfdən isə hüquqi kadrlara ehtiyacı olan işəgötürənlərin ali məktəbə ərizə ilə müraciət edərək müsahibə yolu ilə onlara uyğun gələn namizədi seçmələri pis olmazdı. Rəqabət şəraitində gənc mütəxəssis öz səriştə və peşəkarlığını, müəssisə üçün lazımlı olduğunu sübut etməlidir. Məsələn, bəzi ölkələrdə ali məktəblərin məzunlarının ixtisaslaşmasına müstəqil qiymət verən agentliklər yaradılıb. Yalnız bu agentliklərin qiymətləndirməsindən sonra gənc mütəxəssislər həyata vəsiqə qazanırlar. Bəzi ölkələrdə dördüncü kurs tələbələrinə dərslərindən uzaqlaşmamaq şərti ilə işləməyə icazə verilir ki, universiteti bitirdikdən sonra onlar artıq işlə təmin olunmuş olsunlar. Bir sözlə, Azərbaycanda bu problemin həlli üçün hüquqşünaslara olan tələbatı iqtisadiyyat, özəl biznes, təhsil və digər konkret sahələrdə diqqətlə öyrənmək lazımdır. Alınmış nəticələrin əsasında tədris prosesini uyğunlaşdırmaq və tələb olunan biliyi formalaşdıran hüquq üzrə fənn bloku hazırlamaq lazımdır.
- Sizcə, bu gün abituriyentlər hüquq fakültəsini seçərkən onları bu sahəyə nə cəlb edir: dəb, nüfuz, maliyyə perspektivləri yoxsa bu peşəyə gerçək maraq, cəmiyyətə fayda vermək istəyi?
- Düşünürəm ki, bütün sadaladıqlarınız rol oynayır. Hüquq peşəsinin nüfuzu bizim cəmiyyətdə hər zaman yüksək olub. Hüquq fakültəsinə daxil olan abituriyentlər bu peşəni nüfuzlu hesab edirlər. Onlar əmindirlər ki, ali məktəbi bitirdikdən sonra uğurlu karyera qurmaq imkanına malik olacaqlar. Çoxları yüksək maaşı olan işlərə düzəlməyi planlaşdırır. Analitiklər qeyd edirlər ki, son illər Azərbaycanda prokurorluq, ədliyyə və polis orqanlarında kadrların gəncləşmə prosesi gedir. Bu, dövlətin kadr siyasətinin bir hissəsidir.
- İşəgötürəni maraqlandırmaq üçün hüquq fakültəsinin məzunu hansı bilik və bacarıqlara malik olmalıdır?
-İşəgötürənə hazır mütəxəssis lazımdır. O, vaxtını və pulunu işçinin praktik hazırlığına sərf etmək istəmir. İşəgötürəni maraqlandırmaq üçün ali məktəbi bitirmək və yaxşı bilik sahibi olmaq kifayət deyil. İşə qəbul barədə çoxları ərizə verir, lakin onların arasından çox az adam seçilərək işə götürülür.
Hüquqşünas hansı meyarlara cavab verməlidir? Müasir hüquqşünas analitik zəkaya sahib olmalı, müstəqil işləməyi bacarmalı, daim ixtisasını artırmalı, qanunvericilikdə baş verən dəyişikliklərdən xəbərdar olmalıdır və.s.
Bundan başqa, o, münaqişəli məsələləri həll etməli, insanların daxili aləmini anlamalı, arbitr rolunda çıxış etməlidir. Buna görə də hüquqşünasın şəxsi keyfiyyətlərindən, insanlarla münasibət qurma bacarığından, ümumi və hüquqi psixologiyanın əsaslarını bilməsindən çox şey asılıdır. Bu səbəbdən işəgötürən istəyir ki, gənc kadr xüsusi bilikləri ilə yanaşı, informasiya axtarmaq və informasiya ilə işləmək qabiliyyətinə, kollektivdə işləmək üçün sosial-psixoloji bacarıqlara malik olsun, eləcə də kompüterlə işləməyi bacarsın, xarici dil bilsin və s.
- Zəhmət olmasa, BDU-da gələcək hüquqşünasların necə hazırlanması barədə danışın. Hüquq klinikaları hüquqşünasların hazırlanmasında hansı rolu oynayırlar?
- Hüquq klinikası bizim fakültədə 2001-ci ildən fəaliyyətdədir. Onun əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktikada tətbiqi və əhalinin aztəminatlı təbəqəsinə məsləhət formasında pulsuz hüquqi yardım göstərirməsidir. Bu məqsədlə universitet rəhbərliyi yer ayırıb, fakültə isə bu prosesin həyata keçirilməsini təmin edir və bu işə nəzarət edir. Hər tədris ilində hüquq klinikasında işləmək istəyən tələbələr vətəndaşların ərizələrini qəbul edir və mövcud qanunvericiliyə uyğun olaraq cavablar hazırlayırlar. Vəkillər Kollegiyasının dəvət olunmuş üzvləri və təcrübəli müəllimlər cavabları qiymətləndirir və lazım gələrsə, düzəlişlər edirlər.
Hüquq klinikası ilə yanaşı, tədris proqramında istehsalat və diplomqabağı təcrübə də nəzərdə tutulub. Burada tələblər üç-dörd həftə ərzində praktiki bacarıqlara yiyələnir, materiallar toplayır, buraxılış işlərinin yazılması üçün mülki və cinayət işlərinin ümumiləşdirilməsini aparırlar. Bizim zamanımızda bu, kifayət deyildi. Biz təşəbbüs irəli sürərək tədris və praktikanı birləşdirirdik. Praktiki işə özümüz hazırlaşırdıq. Dərsdən kənar boş vaxtlarda çoxları müstəntiqlərin, əməliyyat işçilərinin yanında ictimai köməkçi kimi işləyirdi. Prosessual sənədləri tərtib etməyi öyrənir, istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak edirdi. İstənilən peşədə qazanılmış nəzəri bilikləri məhz təhsil alarkən praktikada tətbiq etmək lazımdır.
Boloniya təhsil sisteminə müvafiq olaraq tədris proqramında çox şey dəyişib. Lakin gələcək mütəxəssislərin praktiki hazırlığına ayrılmış saatların həcmi əvvəlki kimi qalıb, kriminalistika üzrə praktiki məşğələlərin keçirilməsi üçün ayrılmış saatlarn həcmi isə iki dəfə azaldılıb. Əminəm ki, əgər biz yüksək ixtisaslı hüquqşünaslar hazırlamaq istəyiriksə, bu məsələnin üzərində işləmək lazımdır.
- Bu gün hüquqi təhsilin əsas problemləri nədən ibarətdir?
- Hazırda yüksək hüquqi təhsil işəgötürənin tələbləri nəzərə alınmaqla qurulmalıdır. Çünki işəgötürənə müəyyən təcrübəyə malik mütəxəssis lazımdır. İşəgötürənlər əsasən peşəkar hazırlığın həddindən artıq nəzəri olmasını, tələbələrin ali məktəbdə aldıqları biliklərin praktika ilə əlaqəsizliyini iddia edirlər.
Əmək bazarının tələblərinə cavab vermək üçün diqqəti müəyyən səriştəyə malik mütəxəssislərin hazırlanmasına yönəltmək lazımdır. Yaranmış vəziyyət öyrənilən hüquq fənləri ilə bağlı məsələnin qeyri-ənənəvi yolla həll edilməsi zərurətini yaradır.
Tədris planına, fənlərin öyrənilməsinə ayrılmış saatların miqdarına yenidən baxılmalı, dərsliklər və dərs vəsaitləri müasir biliklərlə, elmi nailiyyətlər və hüquq sahəsində qabaqcıl təcrübə ilə zənginləşdirilərək yenidən dərc edilməlidir. Bununla yanaşı, yeni nəsil alimlərin formalaşması üçün magistr və doktorluq işlərinin yazılmasında irəli sürülən aktualllıq, elmi yeniliklər və praktiki əhəmiyyətə dair tələbləri artırmaq lazımdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət