Azərbaycanın “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri “Əqli mülkiyyət hüquqlarının qorunması Bəyənnaməsi”ni imzalayıb. Bu barədə “Red Communications” PR-şirkətinin məlumatında qeyd olunur.
Bəyənnaməyə əsasən, şirkətlər sifarişçiləri və müştəriləri yalnız lisenziyalı proqram məhsullarla təchiz etməlidir, lisenziyasız proqram təminatının yayılması və istifadəsi isə qanunsuz və şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunur.
“Kompüter piratçılığı iqtisadiyyatı daha zəif, onun inkişafına və yeni iş yerlərinin açılmasına maneə yaratmasını nəzərə alsaq, piratçılığın səviyyəsinin azaldılması və lisenziyalı proqram təminatının istifadəsi yalnız düzgün seçim deyil, həmçinin milli iqtisadiyyatın artımının vacib amillərindəndir. Bütövlükdə piratçılığın qarşısının alınması “Microsoft”un prioritet istiqamətlərindən biridir”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
"Əqli mülkiyyət hüquqlarının qorunması yerli kompüter avadanlığı və proqram təminatı bazarının inkişafına yol açacaq və ümumiyyətlə ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir edəcək", - deyə “Bakinity” şirkətinin baş direktoru Eldar Qəmbərov vurğulayıb.
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən İT şirkətlər kompüter piratçılığının ölkəyə vurduğu ziyanı dərk edərək, saxta məhsulların yayımı və istifadəsinə açıq şəkildə qarşı çıxırlar. Bu addım informasiya texnologiyaları bazarının və ümumiyyətlə iqtisadiyyatın inkişafına yol açacaq. “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri tərəfindən sözügedən Bəyənnamənin imzalanması müəllif hüquqlarına hörmət edən digər şirkətlərə nümunə olacaq və ölkədə piratçıılq probleminin həllində əsas rol oynayacaq.
IDC və BSA-nın tədqiqatına əsasən, Azərbaycanda kompüter piratçılığı təhlükəli səviyyədədir və 87% təşkil edir. Bu yaxınlarda BSA və INSEAD tərəfindən aparılan birgə tədqiqat onu göstərib ki, lisenziyalı proqram təminatı bazarının artımı saxta proqram təminatı bazarının həcminin analoji artması ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha müsbət təsir göstərəcək. Lisenziyalı proqram təminatı bazarının 1% artması milli istehsalın 38 mln. ABŞ dolları artmasına gətirib çıxaracaq. Halbuki, saxta proqram təminatı bazarının analoji artımı milli istehsalın cəmi 19 mln. dollar artmasını təmin edir. Göründüyü kimi, lisenziyalı proqram təminatı bazarının 1%-lik inkişafı əlavə 19 mln. dollar iqtisadi mənfəətin əldə olunmasını təmin edə bilər. Bununla yanaşı, Azərbaycanda lisenziyalı proqram təminatına yatırılan hər əlavə 1 dollar 380 dollar həcmində investisiyanın geri qaytarılmasına (ROI) və ÜDM-in artmasının stimullaşdırılmasına səbəb olur. Müqayisə üçün, pirat proqram təminatında bu rəqəm 28 dollara bərabərdir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət