Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Suriyada fəaliyyət göstərən “Əl-Qaidə” və digər terrorçu qruplaşmaları dəstəkləməsi barədə yayılan xəbərləri təkzib edib.
“Biz heç bir zaman Suriya xalqının ədalətli mübarizəsinə öz fəaliyyəti ilə kölgə salmaq istəyən hansısa qrupa dəstək göstərməmişik”, - deyə Türkiyə mətbuatı cümə günü ölkənin XİN başçısına istinadən məlumat verir.
“Bizim Suriya hakimiyyətindəki mövcud vəziyyətdən istifadə etməyə çalışan qruplaşmalara qarşı mövqeyimiz aydındır”, - deyə Ə.Davudoğlu bildirib.
Britaniyanın “Daily Telegraph” qəzetinin daha əvvəl verdiyi xəbərə görə, “Əl-Qaidə” və onunla əlaqəli olan terrorçu qruplaşmalar Türkiyə ərazisindən öz döyüşçülərini Suriya ərazisinə keçirmək üçün istifadə edirlər.
““Əl-Qaidənin Türkiyə ərazisindən bu cür istifadə etməsi NATO-ya üzv olan ölkənin Suriyada gedən vətəndaş müharibəsində rolu ilə bağlı suallar doğurur”, - deyə qəzet yazıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət