2013-cü ilin sentyabr ayı ərzində Azərbaycanda İstehlakçı inam indeksi 30.01 bazis bəndi təşkil edib. Bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunur.
Məlumatda bildirilir ki, AMB sentyabr ayında “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsinə başlayıb. Sorğunun nəticələri əsasında İstehlakçı inam indeksi və İnflyasiya gözləntiləri indeksi hesablanır. Sorğuda iştirak edən respondentlər (4250 ev təsərrüfatı) ölkənin bütün regionlarını əhatə etməklə respondentlərin gəlir səviyyəsinə, məşğuliyyət növünə, iş rejiminə, təhsilinə, yaşına və cinsinə görə təsnifləşdirilib.
“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üçün metodoloji baza kimi Avropa Komissiyası tərəfindən qəbul edilmiş “The Joint Harmonised EU Programme of Business and Consumer Surveys”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Statistika departamenti tərəfindən hazırlanmış “Business Tendensy Surveys: A Handbook” metodoloji təlimatlarından və eləcə də bu işə hazırlıq dövründə İsveçrənin SEKO təşkilatının dəstəyi ilə iqtisadi konyunkturun müşahidəsilə məşgul olan KOF İnstitutunun (İsveçrə) texniki dəstəyindən istifadə edilib.
Sorğunun nəticələri xarici təcrübədə ən geniş istifadə olunan “balans metodu” ilə qiymətləndirilib.
Sorğunun nəticəsinə görə, sentyabr ayında İstehlakçı inam indeksi 30.01 bazis bəndi səviyyəsində hesablanmışdır. Bu, indeks beynəlxalq təcrübədə kifayət qədər yüksək hesab olunur və istehlakçıların gözləntilərinin, əhval-ruhiyyəsinin optimist olmasını əks etdirir. Eyni zamanda respondentlər gələcək aylarda inflyasiyanın aşağı səviyyədə gözlədiklərini də bildiriblər.
Ev təsərrüfatları arasında bu sorğunun mütəmadi keçirilməsi nəzərdə tutulur. Bu sorğuların nəticələri inflyasiyanın və digər makroiqtisadi göstəricilərin təhlili və proqnozlaşdırılmasında istifadə olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət