Azərbaycan dünyada islamofobiyanın istənilən formasına qarşı mübarizədə hər zaman avanqarddır. Bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
“Azərbaycan dünyada islamofobiyanın istənilən formasına qarşı mübarizədə hər zaman avanqarddır”, - deyə o, cümə axşamı Bakıda keçirilən “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfransda bildirib.
Prezident Administrasiyasının nümayəndəsi təəssüflə bildirib ki, “ərəb baharı” bəzi ölkələrdə radikal islamçıların gözlənilmədən hakimiyyətə gəlməsi ilə nəticələnib. Onun sözlərinə görə, bu hadisələr bir çox hallarda dünyada islamofobiya tendensiyasının daha sıx müşahidə olunmasına səbəb olub.
“İslam təşkilatları daha tez-tez terrora əl atmağa başlayırlar. Terrorun milliyyəti yoxdur. Azərbaycan özü terrorla üz-üzə gəlib: Ermənistanın təcavüzü nəticəsində respublikamızın ərazisinin 20%-i işğal olunub, etnik təmizləmə aparılıb. Və 1 milyondan artıq insan qaçqın və məcburi köçkün olub. Bu gün “terror” dedikdə separatist tendensiyaları nəzərdə tutmaq lazımdır”, - deyə E.Aslanov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət