Xarici işlər naziri Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Marti Nataleqava ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
M.Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-də “BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulayıb.
Nazir E.Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verərək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə İndoneziya tərəfinə öz təşəkkürünü bildirib.
M.Nataleqava Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişə ilə əlaqədar tutduğu prinsipial mövqeyini bir daha vurğulayıb.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzvü olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barəsində razılıq əldə edilib.
Nazir E.Məmmədyarov İndoneziyanın xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib.
Azərbaycan XİN başçısı cümə günü İranın xarici işlər nazirinin müavini, İran nümayəndə heyətinin başçısı Morteza Sarmadi ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət