2014-cü ildə Azərbaycanın dövlət büdcəsinin faktiki kəsiri proqnozlaşdırılan göstəricidən aşağı olacaq. Bu barədə Hesablama Palatası sədrinin birinci müavini Adil Məhərrəmov çərşənbə axşamı parlamentin 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş plenar iclasında məlumat verib.
“2014-cü il dövlət büdcəsinin kəsiri ÜDM-in 2,9%-i səviyyəsində (1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i - İF-Az) proqnozlaşdırılır. Biz 2014-cü ildə dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılan göstəricidən çox olacağını gözləyirik, bununla yanaşı, bütün xərclər çətin ki, tam həcmdə icra edilsin. Buna görə real kəsir proqnozlaşdırıldığından aşağı olacaq”,- deyə A.Məhərrəmov bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri ilk dəfə olaraq $25 mlrd.-ı ötəcək. “Bizim fikrimizcə, bu, sosial öhdəliklərin yerinə yetirilməsini və büdcə sektorunu lazımi maliyyə resursları ilə təmin edəcək”,- deyə o qeyd edib.
A.Məhərrəmov, həmçinin 2014-cü ilin dövlət büdcəsində digər müsbət tendensiyaları da qeyd edib. Bura dövlət büdcəsinin cari xərclərinin artım tendensiyası, dövlət büdcəsinin sosial yönümlülüyünün saxlanması, yerli gəlirlərin artması daxildir ki, bu da yerli büdcələrə ayrılan dotasiyaların həcminin azalmasına səbəb olacaq.
Bundan başqa, o, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalmasını və bunun əvəzində dövlət büdcəsində qeyri-neft gəlirlərinin artmasını müsbət məqam kimi dəyərləndirib.
“2014-cü ildə büdcə investisiyalarının 70%-ə qədəri qeyri-neft sektoruna yönəldiləcək. Bu vəsaitlər əsasən artıq reallaşdırılan layihələrin başa çatdırılmasına sərf olunacaq ki, bu da dövlət vəsaitlərinin səmərəli istifadə edilməsini göstərir”, - deyə A.Məhərrəmov bildirib.
O əlavə edib ki, 2014-cü ildə dövlət proqramı çərçivəsində büdcə xərclərinin həcmi artırılacaq. “Hesablama Palatası bunu dövlət büdcəsinin şəffaflığının təmin edilməsinə yönəlmiş müsbət məqam hesab edir”,- deyə o əlavə edib.
KİV: Ərdoğan sabah Naxçıvana səfər edəcək
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinin ərazisində silah-sursat aşkar edilib
8 ay ərzində Azərbaycana gələn əcnəbilərin sayı 33,8% artıb
Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
GDU 5 saylı korpusun əsaslı təmirinə daha 2,1 milyon manat yönəldəcək
Paşinyan Ermənistanın müttəfiqlərini ölkənin zəifliyini sübut etmək səylərinə görə qınayıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr