ABŞ-dakı Yaxın Şərq İnstitutunun eksperti Aleks Vatanka əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox müsəlman dövlətləri üçün bu baxımdan nümunə ola biləcəyini ifadə edib.
Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda yerləşən və mədəniyyətlərarası dialoqun təşviqini dəstəkləyən Rumi Forumu ilə birgə “Azərbaycan – inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı A.Vatanka Azərbaycanın müstəqillik dövründə möhtəşəm nailiyyətlər əldə etdiyini deyib. Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti xəbər verir.
Ekspert amerikalı siyasətçiləri Bakının regiondakı artan roluna və apardığı siyasətə daha çox diqqət yetirməyə çağırıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.
Tədbirdə iştirak edən ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Keri Kavano Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesindən və həmsədr olduğu dövrdə şəxsi təcrübəsindən söz açıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət