İsrail-Azərbaycan əlaqələri düzgün istiqamətdə inkişaf edir. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə İsrailin baş naziri Benyamin Netanhayu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə bəyan edib.
Baş nazir ümid etdiyini bildirib ki, hər iki tərəf münasibətlərin inkişafı və qarşılıqlı faydalı olması üçün əlindən gələni edəcək.
S.Seyidov Heydər Əliyev Fondu və İsrail XİN-in dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər çərçivəsində Knessetin sədri Yuli Edelşteyn tərəfindən də qəbul edilib.
Görüşdə Avropa İttifaqı və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan başqa, S.Seyidov İsrail-Azərbaycan parlamentlərarası dostluq komissiyasının sədri Amnon Koen ilə görüşüb. Tərəflər parlamentlərarası əlaqələrin inkişafını müzakirə edərək qarşılıqlı səfərlərin təşkili haqda razılığa gəliblər.
S.Seyidov “Azİz”in baş direktoru Lev Spivak və qurumun İdarə Heyətinin üzvü, vəkil İlana Laytmanla birlikdə İsrail parlamentinin vitse-spikeri ilə də görüşüb. Vitse-spiker İsrailin Azərbaycanla dostluğu yüksək qiymətləndirdiyini və dəstəklədiyini deyib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət