Azərbaycanda regionların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi nəticəsində 2004-cü ildən regionlarda 53 mindən çox müəssisə yaradılıb. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova cümə axşamı parlamentdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
2004-2008-ci illərdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı reallaşdırılıb, hazırda 2009-2013-cü illər üçün nəzərdə tutulmuş II proqram həyata keçirilir.
"Bu dövlət proqramlarının reallaşdırıldığı dövr ərzində Azərbaycanın regionlarında 53 mindən çox müəssisə yaradılıb, o cümlədən 25 mindən çox müəssisə ikinci dövlət proqramının reallaşdırıldığı dövrdə işə başlayıb", - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, ikinci dövlət proqramının həyata keçirildiyi dövrdə regionlarda 336 mini daimi olmaqla 443 min yeni iş yeri açılıb.
Nazir müavini vurğulayıb ki, bu proqramların reallaşdırılması regionlarda infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib. Xüsusilə regionlarda ikinci dövlət proqramının həyata keçirilməsi ərzində 7 yeni elektrik stansiyası tikilib, 24 min kilometrdən çox qaz kəməri çəkilib və təmir edilib, 521 yaşayış məntəqəsi qazlaşdırılıb, 2 aeroport tikilib, 2620 kilometr avtomobil yolu salınıb və təmir edilib, respublikanın 16 şəhərində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə layihələr həyata keçirilir.
S.Həsənova əlavə edib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanır. "Üçüncü proqramda kəndlərin inkişafına daha çox diqqət ayrılacaq", - deyə o qeyd edib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət