Noyabr 15-də “Azərikimya” İstehsalat Birliyinin kollektivi Sumqayıtın Tarixi Muzeyinə ekskursiya etməklə Milli Dirçəliş gününə həsr olunmuş tədbirlərə start vermişdir. Kimyaçılara 1967-ci ildən bəri fəaliyyət göstərən, maddi-mənəvi bir xəzinə olmaqla özündə şəhərin zəngin salnaməsini yaşadan Sumqayıtın Tarixi Muzeyi haqqında ətraflı məlumat verilmiş, salonlarda sərgilənən 15 mindən artıq qiymətli eksponatın təkcə sumqayıtlılarda deyil, müxtəlif şəhərlərdən bu şəhərə gələn qonaqlarda da böyük maraq doğurduğu iftixar hissi ilə vurğulanmışdır.
Ziyarətçilərə muzeydə yaradılış Heydər Əliyev guşəsi, burada nümayiş etdirilən sənədlər, fotoşəkillər, kitab, qəzet və jurnallar, ulu öndərin Sumqayıt səfərləri ilə bağlı geniş məlumat verilmiş, müasir Azərbaycan tarixinin 35 ilə yaxın bir dövrünün yeni Azərbaycanın qurucusu, müstəqilliyimizin qarantı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu ön plana çəkilmişdir.
Qeyd edək ki, Milli Dirçəliş günü münasibətilə şəhərin bir sıra ümumtəhsil məktəblərinin 100-dən artıq şagirdi də “Azərikimya” İB-nin təşkilatçılığı və dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyini ziyarət etmişdir. Muzeyin bir-birindən maraqlı ekspozisiya zalları ilə tanış olan məktəblilər Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Sumqayıt şəhidləri və Sumqayıtın milli qəhrəmanları haqqında geniş məlumat toplamış, onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən geniş şəkildə cavablandırılmışdır.
Sumqayıtın Tarixi Muzeyinin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Olya xanım İslamova muzeylə daimi əlaqə saxladıqlarına və onlara xüsusi diqqət göstərdiklərinə görə “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.
İstər kimyaçılar, istərsə də məktəblilər muzeydən xoş təəssürat, kövrək və qürurverici xatirələrlə ayrılmışdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət