Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın barəsində qaldırılmış cinayət işinin materialları üzrə növbəti məhkəmə iclası keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinə məhkəmənin dəftərxanasından verilən məlumata görə, iclas zamanı dövlət ittihamçısı G.Əhmədovanın dörd il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
G.Əhmədovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə cinayət işi açılıb.
İstintaq müəyyən edib ki, sabiq deputat 2005-ci ilin payızında tanışı Sevinc Babayeva ilə cinayət əlaqəsinə girərək o zamanlar Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində çalışan Elşad Abdullayevə parlamentə deputat seçilməsində yardım edəcəyini vəd edərək ondan 1 mln. ABŞ dolları məbləğində pul alıb.
Bundan əlavə, G.Əhmədova Türkiyə vətəndaşı Səlcuq Ağlayanla birlikdə S.Babayevanın 2012-ci ilin sentyabr ayından dekabr ayına qədər, yəni S.Babayevanın öldüyü günə qədər istintaqdan gizlənməsinə kömək edib.
2012-ci ilin sentyabrında Azərbaycan Baş Prokurorluğu G.Əhmədova və sabiq rektor E.Abdullayevin iştirakı ilə bir neçə il əvvəl çəkilmiş videoyazı faktı ilə bağlı cinayət işi açıb. Videoyazıda G.Əhmədova E.Abdullayevin 2005-ci ildə parlamentə deputat seçilməsi üçün ondan rüşvət tələb edir. Yaranmış qalmaqal səbəbindən Mərkəzi Seçki Komissiyası G.Əhmədovanın deputat mandatını ləğv edib və o, üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının sıralarından kənarlaşdırılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət