İsrail bir sıra beynəlxalq problemlərdə Vaşinqtonun tutduğu mövqeyə görə ikitərəfli münasibətlərin pisləşməsi ilə əlaqədar ABŞ-ın yerinə yeni tərəfdaşlar axtarmaq niyyətindədir. Belə bəyanatla İsrailin xarici işlər naziri Aviqdor Liberman çıxış edib.
“İsrail və onun əsas strateji tərəfdaşı olan ABŞ arasında əlaqələr zəifləyib. Bu, sizə aydındır. Amerikalılar həddindən çox çağırışla üzləşə bilərlər - Şimali Koreya, Əfqanıstan, Pakistan, İran, İraq, Suriya, Misir və Çin. Bundan başqa, onların həm də çoxlu daxili iqtisadi problemləri var. Buna görə mən sual verirəm: "Bizim beynəlxalq arenada yerimiz necədir?”",- deyə diplomat çərşənbə günü Sderotda keçirilən ictimai forumda çıxış edərkən bildirib.
“Biz tələb etməyi, şikayətlənməyi, inildəməyi buraxmalı, bunun əvəzinə ərəb və ya islam aləmi ölkələrinin pullarından asılı olmayan və bizimlə yeni ideyalar əsasında əməkdaşlıq etmək istəyən ölkələr axtarmalıyıq”,- deyə o vurğulayıb.
A.Liberman məhz hansı ölkələri potensial tərəfdaş olaraq gördüyünü dəqiq söyləməyib.
Xəbər verildiyi kimi, Təl-Əviv ABŞ-ın İranın nüvə proqramına dair siyasətini tənqid edir və nüvə proqramının hərbi məzmun daşımaması barədə Tehranın bəyanatlarının səmimiliyinə inanmayaraq Vaşinqtonu bu ölkə ilə saziş bağlamaqdan çəkindirir.
Hazırda Cenevrədə “altılıq” ölkələrinin İranın nüvə proqramına dair danışıqlarının növbəti raundu keçirilir. İştirakçılar aralıq sazişin bağlana biləcəyini istisna etmirlər. Qərbin fikrincə, bu, İranın nüvə işləmələrini məhdudlaşdırmağa imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət