Cenevrədə İranın nüvə proqramına dair danışıqlar hələ ki, əhəmiyyətli nəticə verməyib və buna görə bu danışıqlarda “altılıq” ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyinə əminlik yoxdur. Bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bəyan edib.
İRNA agentliyinin məlumatına əsasən, A.Arakçi bildirib ki, tərəflər İranın nüvə proqramına dair aralıq sazişin imzalanmasına yaxınlaşsalar, nazirlərin danışıqlara qatılmasını gözləmək olar.
“Arakçı vurğulayıb ki, mübahisəli məsələlər üzrə danışıqlar davam edəcək və hələ ki, irəliləyiş müşahidə olunmur”,- deyə agentlik bildirib.
Bundan başqa, A.Arakçi qeyd edib ki, dünən baş tutmuş danışıqlardan sonra “altılıq” nümayəndələri öz rəhbərləri ilə bəzi məsələlər üzrə məsləhətləşmələr aparmalı idilər. O deyib ki, vaxt fərqi nəzərə alınmaqla bir sıra hallarda məsləhətləşmələr sabaha qədər davam edə bilərdi.
Cenevrə danışıqları cümə günü davam edəcək. Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun nümayəndəsi Maykl Mann bildirib ki, İran XİN başçısı Cavad Zəriflə K.Eştonun görüşü saat 9:00-a (Moskva vaxtı ilə 12:00) təyin edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət