Milli Məclisin cümə günü keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il üçün kəsirsiz büdcə layihəsi təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclasından xəbər verir.
DSMF-in kəsirsiz büdcəsinin gəlir və xərcləri 2014-cü ildə 2 mlrd. 928,5 mln. manat səviyyəsində təsdiq edilib ki, bu da 2013-cü ilin göstəricisindən 11,2% çoxdur.
2014-cü ildə fondun gəlirləri üç mənbədən formalaşacaq. Fondun bütün gəlirlərinin 1 mlrd. 780,4 mln. manatını və ya 60,8%-ni icbari sosial sığorta ayırmaları təşkil edəcək. Ümumilikdə fondun büdcəsinə sosial sığorta ayırmaları üzrə daxilolmalar 2013-cü illə müqayisədə 14,9% artacaq.
2014-cü ildə özəl sektordan icbari sosial sığorta üzrə daxilolmalar 1 mlrd. 120 mln. manat, dövlət sektorundan - 660,4 mln. manat səviyyəsində gözlənilir.
Gələn il DSMF büdcəsinə dövlət büdcəsindən transfertlər 1 mlrd. 142 mln. manat (artım 6%) və ya fondun bütün gəlirlərinin 38,9%-ni, digər gəlirlər 6,1 mln. manat təşkil edəcək.
Gələn il fondun xərclərinin strukturunda əhaliyə ödənişlər üçün xərclər 2 mlrd. 861,8 mln. manat və ya 97,7% (artım 11,3%), o cümlədən pensiya ödənişləri 2 mlrd. 788,6 mln. manat (artım 11,5%), müavinətlər 73,2 mln. manat təşkil edəcək.
Bundan başqa, pensiya ödənişləri ilə əlaqədar bank xərclərinə 19,3 mln. manat, DSMF-in saxlanmasına 25,5 mln. manat yönəldiləcək. Qalan məbləği digər xərclər təşkil edəcək.
Parlamentin cümə günü keçirilən iclasında 2014-cü ildə Azərbaycanda yaşayış minimumu 125 manat, ünvanlı sosial yardım verilərkən istifadə edilən “ehtiyac meyarı” 100 manat səviyyəsində təsdiq olunub.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət