Azərbaycan Avropa Birliyinin (AB) assosiativ üzvü olmaq niyyətində deyil. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS telekanalına müsahibəsində bəyan edib.
“Biz artıq onlara (AB - İF-Az) təklif etdikləri assosiasiya sazişini qəbul edə bilməyəcəyimiz barədə məlumat vermişik. Biz AB ilə əməkdaşlığımızın və münasibətlərimizin səviyyəsinə daha adekvat cavab verə biləcək sənəd hazırlamaq istəyirik”, - deyə N.Məmmədov bildirib. Onun sözlərinə görə, Bakı AB-yə əməkdaşlığımızda əldə edilmiş səviyyə nəzərə alınmaqla tərəfdaşlığa dair saziş imzalamağı təklif edib.
“Bu saziş ikitərəfli əməkdaşlığın səviyyəsini əks etdirəcək və tərəflər arasında qarşılıqlı hörmət və hüquq bərabərliyini təmin edəcək”,- deyə N.Məmmədov vurğulayıb. Onun fikrincə, assosiasiya sazişi təşkilata üzv olmaq üçün konkret şərtlər qoyur ki, bu şərtləri də yerinə yetirməklə təşkilatın həqiqi üzvü olmaq olar.
“Biz reallığın ədalətli təhlili əsasında belə nəticəyə gəlmişik. Əgər Azərbaycan tərəfi Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində itirak edəcəksə - hələ ki, bunun barəsində də konkret heç nə deyə bilmərəm - onda orada, ilk növbədə vizaların rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi məsələsində uğur qazanmaq olar, belə bir sənədin imzalanması mümkündür. Yəni bu, Azərbaycan üçün ölkə vətəndaşlarının Aropa ölkələrinə səfərlərinin sadələşdirilməsinə gətirib çıxaracaq siyasi nailiyyət olacaq”, - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
O, Azərbaycanın Rusiyanın təzyiqi altında assosiativ üzvlükdən imtina etməsi ilə bağlı fikirləri təkzib edib.
“Bizim AB ilə münasibətlərimizlə yaxından məşğul olan mütəxəssislər bilirlər ki, Azərbaycan bu mövqeyi hələ bir il əvvəl bildirib, yəni bu, bizim əlaqələrimizdə yenilik deyil”, - deyə N.Məmmədov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət