Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin reyestrinin aparılmasını təklif edir. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev məlumat verib.
“Hazırda nazirlikdə bizim əmək müqavilələrinin reyestrinin aparılmasına dair təklifimiz müzakirə olunur. Hesab edirik ki, bu, mütərəqqi təklifdir və işçilərlə əmək müqaviləsinin bağlanmasına şəffaf nəzarət sistemi yaratmağa, eləcə də kadrların hərəkətini izləməyə imkan verəcək”, - deyə İ.İsayev bildirib.
Onun sözlərinə görə, bu reyestrin aparılmasında həm işçilər, həm işəgötürənlər, həm də dövlət orqanları üçün müsbət məqamlar var.
“İşçilər üçün müsbət məqam budur ki, bu, şəffaf sistemdir. İstənilən işçi istənilən vaxt reyestrə daxil ola və onunla bağlanmış əmək müqaviləsinin reyestrə daxil edilib-edilməməsini öyrənə bilər. Bundan əlavə, bu, həm də işçilərin hüquqlarının təmin edilmə formalarından biridir”, - deyə o qeyd edib.
İ.İsayev vurğulayıb ki, əmək müqavilələrinin reyestrinin tətbiq edilməsi işəgötürənlərin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə təmasını minimuma endirəcək.
“Bizim qiymətləndirmələrimizə görə, bu cür reyestrin tətbiqi icbari sosial sığorta üzrə yığımları artıracaq, dövlət büdcəsinə gəlir vergisi üzrə daxilolmaların artmasına təsir göstərəcək”, - deyə o qeyd edib.
O əlavə edib ki, bu cür reyestrlər bir sıra Avropa ölkələrində - Estoniya, Litva, Belçika, Almaniya, Avstriya, Slovakiya və Çexiyada, MDB ölkələrindən Rusiya və Moldovada uğurla tətbiq edilir.
“Əmək müqavilələrinin reyestri çox əlverişli sistemdir və hazırda Azərbaycanda həyata keçirilən “Elektron hökumət” layihəsinin tələblərinə tamamilə cavab verir”, - deyə o qeyd edib.
Xidmət rəisinin sözlərinə görə, hazırda nazirliyin əməkdaşları əmək müqavilələrinin reyestrinin tətbiqi üçün proqram təminatı hazırlayırlar.
İ.İsayev deyib ki, işəgötürənlər reyestrə yalnız qanunvericilikdə nəzərdə tutulmuş məlumatları, o cümlədən işçinin adını, soyadını, atasının adını, tutduğu vəzifəni və s. daxil edəcəklər.
Bununla yanaşı, işəgötürənlər həm işə qəbul zamanı işçi ilə müqavilənin bağlanması, həm də əməkdaşın işdən azad edilməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi zamanı məlumatları reyestrə daxil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət