BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR-İF-Az) vətəndaşlığı olmayan şəxslərin statusu ilə bağlı Azərbaycana lazımi texniki yardım göstərməyə hazırdır.
“Biz təkcə dövlətə deyil, həm də bu prosesdə iştirak edən tərəfdaşlara lazımi texniki yardım göstərməyə hazırıq”, - deyə UNHCR-in Azərbaycandakı nümayəndəsi Daq Siqurdson cümə günü Bakıda Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunmuş vətəndaşsızlığa dair məşvərət iclasında bəyan edib.
Onun sözlərinə görə, vaxtilə Azərbaycan 300 mindən artıq qaçqına vətəndaşlıq verərək görünməmiş addım atıb. “Ermənistandan olan 250 min qaçqın, 50 min məshəti türkü və 7 min iranlı vətəndaşlıq alıb”, - deyə o vurğulayıb.
D.Siqurdson qeyd edib ki, rəsmi məlumata görə, bu gün Azərbaycanda vətəndaşlığı olmayan 4,5 min nəfər qeydiyyatdadır. “Bu gün həmin problemi həll etmək zərurəti yaranıb. Birincisi, vətəndaşlıq almış şəxslər bütün imtiyazlardan istifadə edə bilərlər. İkincisi, bu, milli təhlükəsizlik məsələləri nöqteyi-nəzərindən dövlətin maraq dairəsindədir”, - deyə o vurğulayıb.
UNHCR-in nümayəndəsi Azərbaycanda müvafiq qanunvericilik bazası ilə bağlı razılıq ifadə edib.
Parlamentin deputatı Çingiz Qənizadə qeyd edib ki, 4,5 min nəfərin vətəndaşlığının olmaması – bu, böyük rəqəmdir, lakin dövlət bu məsələnin həlli üçün tədbirlər görür. “Xüsusilə 2013-cü ilin iyul ayında Azərbaycanın Miqrasiya Məcəlləsi təsdiq olunub. Gələcəkdə ölkə parlamenti qanunvericilikdə vətəndaşlığın verilməsi ilə əlaqədar boşluqları doldurmağa hazırdır. Hazırda Azərbaycanda məcburi köçkünlərə statusun verilməsi problemi var. Buna baxmayaraq, dövlət dəfələrlə BMT qarşısında bu məsələni qaldırıb. Lakin indiyədək bu problem həll olunmamış qalıb”, - deyə Ç.Qənizadə qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət