Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Vilnüsdə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində keçirilən biznes forumda söyləyib.
“2012-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin xüsusi çəkisi 41%-i keçib. 2013-cü ilin 10 ayı ərzində Azərbaycan və Aİ ölkələri arasında mal dövriyyəsi 7% artıb, ölkənin xarici ticarət dövriyyəsinin ümumi həcmində xüsusi çəki 43% təşkil edib”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Aİ ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51%-i, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36%-i Aİ ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Azərbaycanda qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərdir. Aİ-nin 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb və bu istiqamətdə tədbirlər davam etdirilir.
“Bütün bunlar isə gələcəkdə də Aİ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcək”,- deyə nazir vurğulayıb.
Ş.Mustafayev Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət