Avropa Parlamentinin Estoniyadan olan üzvü Kristina Oyuland Avropa ölkələrini Kibercinayətkarlıqla mübarizəyə dair Konvensiyaya qoşulmağa çağırır.
“Bizim bütün ölkələr üçün açıq olan beynəlxalq konvensiyamız mövcuddur. Təəssüf ki, hətta bəzi Avropa ölkələri belə bu konvensiyanı imzalamayıblar”, - deyə K.Oyuland bazar ertəsi Bakıda keçirilən "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransda bildirib.
O deyib ki, təkcə 2013-cü ilin birinci rübündə kiberhücum və təhdidlə bağlı 6,5 mln. hadisə qeydə alınıb.
“Hər saniyədə 18 nəfər kibercinayətkarlığın qurbanına çevrilir. Avropa Birliyində biz 28 üzv ölkədə baş verən hadisələri görürük. Hər gün orta hesabla 150 min virus bizim kompüterlərimizə hücum edir. Bir həftə əvvəl Strasburq parlamentində daha bir virus yaranıb. Bu, həm şirkətlərə, həm ayrı-ayrı şəxslərə, həm də AB hökumətlərinə milyard dollarlara başa gəlir. Bu rəqəmlər ciddi həddə çatır”, - deyə K.Oyuland vurğulayıb.
Onun sözlərinə görə, AB vətəndaşlarının 30%-i internetdən bankinq əməliyyatları və mal alışı üçün istifadə edilməsinin təhlükəsiz olmasına inanmır. Statistikaya görə, AB-də elektron xidmətlərdən istifadə etmiş vətəndaşların 10%-i kibercinayətkarlığın qurbanı olub.
“Yalnız dövlətlərin deyil, həmçinin vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün bizi düşündürən və sıx əməkdaşlıq etməyə məcbur edən hadisələr baş verir”, - deyə o əlavə edib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, respublika da kibercinayətkarlıqla üzləşib və bununla mübarizə aparmaq üçün görülən bir sıra tədbirlər uğursuz olub.
“Azərbaycanın dövlət strukturları bu istiqamətdə öz aralarında əməkdaşlıq etməklə yanaşı, həmçinin beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirlər. Bizim məqsədimiz kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl təcrübəni tətbiq etmək və bölüşməkdir”,- deyə nazir vurğulayıb.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət