“AtaHolding” ASC özünün 10 illik yubileyi çərçivəsində tam fərqli bir ilki həyata keçirərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsini reallaşdırdı.
Layihənin həyata keçirilməsi zamanı risklərin sığortalanması isə “AtaSığorta”ya həvalə edilmişdir.
“Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood” da bərpa edilərək rənglənmişdir. Orijinal kino lentinin ABŞ-a aparılması və gətirilməsi zamanı isə mümkün risklərdən sığortalanması üçün AtaSığorta partnyor şirkət olaraq seçilmişdir.
Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışmışdır. Onların arasında Oskar mükafatına layiq görülmüş dünyanın ən peşəkar mütəxəssisələri ilə yanaşı Azərbaycanın yerli mütəxəssisləri də iştirak etmişdilər.
Azərbaycan kino sənətində və ümumiyyətlə Azərbaycan xalqının mədəni yaddaşında çox mühüm yer tutan “Arşın mal alan” filminə göstərilən bu qayğıya və layihə zamanı risklərin sığortalanmasını ona etibar etdiyinə görə “AtaSığorta” ASC, başda Heydər Əliyev Fondu olmaqla bütün təşkilatçılara öz təşəkkürünü bildirir.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət