“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin Avropa Parlamentinin deputatı, Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oyuland ilə müsahibəsi
- Xanım Oyuland, Avropa Birliyi və Azərbaycan arasında münasibətləri necə xarakterizə edərdiniz?
- Hesab edirəm ki, Avropa Birliyi-Azərbaycan münasibətlərindən danışarkən, bir neçə gün öncə viza rejiminin sadələşdirilməsini nəzərdə tutan sənədin imzalanmasını xatırlamaq yerinə düşər. Yəni bu, tələbələrə, biznes dairələrin nümayəndələrinə, sadə vətəndaşlara, o cümlədən jurnalistlərə bir çox imtiyazlar verən ikitərəfli müqavilədir. Bu, ikitərəfli strateji münasibətlərdə irəliyə doğru atılan addımdır. Nə üçün strateji? Çünki Azərbaycan enerji təhlükəsizliyi sahəsində AB-nin strateji tərəfdaşıdır.
Bilavasitə Estoniya ilə münasibətlərə gəlincə, qeyd edə bilərəm ki, son 7-8 il ərzində əlaqələr sürətlə inkişaf edir. Bizim müntəzəm olaraq ən yüksək səviyyədə qarşılıqlı səfərlərimiz həyata keçirilir. O cümlədən iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərini qeyd edə bilərəm. Bundan başqa, Azərbaycanın İT-texnologiyalar sahəsində Estoniyanın təcrübəsindən istifadə etməsi də sevindirici faktdır.
- Yeri gəlmişkən, bu yaxınlarda sizin tez-tez Bakıya səfər etmənizlə əlaqədar mətbuatda tənqidi fikirlər səsləndi...
- Bakıda tez-tez olmağım həqiqətdir. Bu il üçüncü dəfədir. Estoniya hətta Bakıda səfirliyi olmayan kiçik ölkədir. Hesab edirəm ki, Tallin Estoniya ixracının inkişafı üçün imkanların olduğu dost ölkələrlə münasibətləri inkişaf etdirməlidir. Açıqcası, hər hansı ölkəyə səfərlər diplomat və siyasətçilərin işinin bir hissəsidir və burada qəbahətli heç nə yoxdur. Mən artıq qeyd etdim ki, bizim Bakıda rəsmi nümayəndəliyimiz yoxdur. Səfərlər isə ən müxtəlif səviyyələrdə münasibətlərin inkişafına kömək edir.
20 illik siyasi fəaliyyətim ərzində, xüsusilə xarici siyasətdə çoxlu sayda dost-tanış qazanmışam, çox yaxşı əlaqələr qurulub. Bundan başqa, hesab edirəm ki, əlaqələrin qurulması normal hadisədir. Avropa Parlamentinin üzvü olaraq keçmiş həmkarlarımla indi də ünsiyyətdə olmağım normaldır. Mən təkcə Azərbaycanda deyil, həm də dünyanın digər ölkələrində siyasi münasibətlər qurmuşam.
- AB Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər hansı konkret tədbir həyata keçirmək niyyətindədirmi?
- Qarabağ məsələsi müntəzəm olaraq Avropa Parlamentində müzakirə olunur. Avropa Parlamenti son sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əks olunduğu BMT-nin bütün qətnamələrini dəstəkləyib. Bildirməliyəm ki, Avropa Birliyi, prezident və ya Ketrin Eşton səviyyəsində Dağlıq Qarabağ münaqişəsi məsələsi qaldırılırsa, onlar qəbul olunan qətnamələri xatırladırlar. Ancaq Dnestryanı münaqişə, o cümlədən Gürcüstanın Osetiya və Abxaziya ilə bağlı məsələləri kimi, Dağlıq Qarabağ münaqişəsi də dondurulmuş münaqişədir və AB-nin gündəliyində qalmaqdadır.
- Siz Ukrayna prezidenti Viktor Yanukoviçin AB ilə assosiativ saziş imzalamaqdan imtina etməsini necə qiymətləndirirsiniz? Bundan sonra Ukraynanı nə gözləyə bilər?
- Mən şəxsən təəssüf edirəm. Təəssüf ki, bu dəfə Ukrayna bu sazişi imzalaya bilmədi. Avropa Birliyinin siyasətçiləri Vilnüsdə olarkən, hətta sonra da dəfələrlə təkrar ediblər ki, Avropanın qapıları Ukrayna üçün açıq olaraq qalır. Düşünürəm ki, əgər prezident Yanukoviç bu sazişi indi imzalaya bilməyibsə, bunun üçün onun şansı hələ də var. Bu gün Ukraynada baş verənlərə nəzər salsaq, nənə elə gəlir ki, xalqın hökumətdən gözləntilərini anlamaq mümkündür.
Əlbəttə, vəziyyət aydındır. Xüsusilə ölkə sənayesinin cəmləşdiyi Şərqi Ukrayna Rusiya bazarı ilə əlaqəlidir. İnsanlarda assosiasiya sazişi RF ilə əlaqəli bizneslərini itirmək qorxusu yaradır. İnsanlar indiki həyat şəraitinə öyrəşiblər və böyük dəyişikliklərdən qorxurlar.
- Yəni siz bu addımı qeyri-müəyyənlik qarşısında qorxu hissi ilə əlaqələndirirsiniz?
- Bəli, belə də demək olar. Moskvanın Ukraynanı bazarı bağlamaqla hədələməsi təhlükəsi də var, yəni metal məmulatları, vaqonları hara istəyirsiniz satın. Bu vəziyyət prezident Yanukoviçi narahat edir.
Mənim Yanukoviçə tənqidi münasibətim onun yüksək səviyyəli Avropa Birliyi siyasətçilərinə qarşı davranışından irəli gəlir. İkitərəfli danışıqlar zamanı o, demək olar ki, son ana qədər bildirdi ki, Ukrayna assosiasiya haqqında sazişi imzalayacaq. Bu cür siyasi mədəniyyət Avropaya aydın deyil. Bu, hətta bizim üçün də Estoniyada diplomatik sürpriz oldu.
- Ermənistanın AB ilə saziş imzalamqdan imtina etməsi və ölkənin Gömrük İttifaqına daxil olması barədə Serj Sarqsyanın səsləndirdiyi bəyanatlar, o cümlədən bu ölkənin ərazisində rus hərbçilərinin sayının artırılması barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, erməni xalqı prezident və hökumətin bu addımını pisləməlidir. Qiymətlər artdığı zaman onların (erməni xalqının - İFAz) Gömrük İttifaqında nə dərəcədə xoşbəxt olduğunu zaman göstərəcək. Mənim xüsusilə daha sadələşdirilmiş rejimdə Avropa Birliyi ölkələrinə səfər etmək və inteqrasiya imkanlarından məhrum olmuş gənclərə yazığım gəlir.
Ermənistan hələlik bu şansı itirib, çünki eyni zamanda iki ittifaqda fəaliyyət göstərmək mümkün deyil. Gömrük İttifaqı eyni zamanda AB ilə assosiasiyanın mümkün olduğu yer ola bilməz. Bunlar bir-birinə zidd olan müxtəlif iqtisadi ittifaqlardır və fərqli gömrük tariflərinə malikdirlər.
Bütün bunları nəzərə alaraq, nə üçün əksər gənclərin Ermənistanı tərk etmək və Avropa Birliyi ölkələrində yaşamağın yollarını axtardıqlarına təəccüblənmirəm.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət