Moskvanın Presnenski Məhkəməsi Qərbi Biryulevo rayonunun sakini Yeqor Şerbakovun qətlində təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun aprelin 10-dək həbsdə saxlanılması barədə qərar qəbul edib.
“İnterfaks” agentliyinin müxbirinin bazar ertəsi verdiyi məlumata görə, beləliklə, istintaqın vəsatəti təmin olunub.
Müstəntiq vəsatətini əsaslandıraraq bildirib ki, hazırda istintaq hərəkətlərini başa çatdırmaq mümkün deyil. “Telefon əlaqələri barədə məlumat əldə etmək, ən azı dörd şahid tapmaq və onları dindirmək, eləcə də Zeynalova qarşı son redaksiyada ittiham irəli sürmək lazımdır”, - deyə o bildirib.
Prokuror vəsatəti dəstəkləyib.
O.Zeynalovun müdafiəçisi bəyan edib ki, onun həbsdə saxlanmasına maneə törədən əsaslar var. “Saxlanılarkən Zeynalova qarşı güc tətbiq edilib. Onun qabırğalarında çatlar var”, - deyə vəkil bildirib.
O.Zeynalov da həbs müddətinin uzadılmasına qarşı çıxış edib.
Daha əvvəl Moskvanın Presnenski Məhkəməsi O.Zeynalovun dekabrın 10-dək həbsdə saxlanması barədə qərar qəbul edib. Vəsatətə baxıldığı zaman O.Zeynalov günahsız olduğunu deyib. Daha sonra isə ona qarşı Y.Şerbakovu qətlə yetirməsi ilə bağlı ittiham irəli sürülüb.
Moskva Şəhər Məhkəməsi həbsin qanuniliyini təsdiq edib.
Oktyabrın 13-də Qərbi Biryulevo rayonunda yerli sakin Y.Şerbakovun qətli ilə əlaqədar iğtişaşlar baş verib, ticarət mərkəzi talanıb və yerli tərəvəz bazasında qarışıqlıq yaranıb. Polislə toqquşmadan sonra yüzlərlə şəxs saxlanılıb. Y.Şerbakovu öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də saxlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət