Bir sıra dövlətlərin parlamentləri müvafiq sənədlər qəbul edərək Xocalıda soyqırım faktını tanıyıb və bu gün həmin proses fəal şəkildə davam edir. Bu barədə insan haqları üzrə müvəkkil Elmira Süleymanova Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ölkənin ərazi bütövlüyü və suverenliyinin, Xocalı sakinlərinin, o cümlədən Ermənistanın təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının bərpa olunması üçün bu istiqamətdə məqsədyönlü iş aparır.
“Azərbaycan ərazisinin beşdə bir hissəsi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətindədir. Bu ədalətsizlik 20 ildən artıqdır davam edir”, - deyə E.Süleymanova vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi barədə məlumatlandırılması istiqamətində uğurlu xarici siyasət yürüdür.
“Bu siyasət müsbət nəticələr verir. Bir sıra dövlətlərin parlamentləri Xocalı soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul ediblər”, - deyə ombudsman qeyd edib.
E.Süleymanova azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasının vacibliyini vurğulayıb.
“Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan əraziləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlarda heç zaman müzakirə mövzusu olmayıb və olmayacaq. Biz torpaqlarımızı geri qaytarmalı və müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə dəstəklənən ərazi bütövlüyünü bərpa etməliyik”, - deyə ombudsman bildirib.
O, həmçinin Azərbaycan rəhbərliyinin insan hüquqlarının təmin edilməsi üzrə gördüyü tədbirlər barədə də məlumat verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət