Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti görüşü Bakıda keçiriləcək. Bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
“Görüşün dəqiq vaxtı diplomatik kanallarla müəyyən olunacaq”, - deyə o vurğulayıb.
Sədrin sözlərinə görə, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası tam başa çatıb və RF prezidenti Dmitri Medvedevin Bakıya rəsmi səfəri çərçivəsində buna dair saziş imzalanıb.
“Sərhədin demarkasiyası üzrə prosesi reallaşdırmaq qalıb”, - deyə komitə sədri qeyd edib.
Q.Məmmədov vurğulayıb ki, bu yaxınlarda azərbaycanlı ekspertlər rusiyalı həmkarlarının dəvəti ilə Moskvada olublar. Burada iki ekspert qrupunun görüşü keçirilib. Görüşdə tərəflər bu məsələyə dair vahid sxemin yaradılması barədə qərar qəbul ediblər.
“Hazırda vahid demarkasiya sxemi üzrə mexanizmlərin öyrənilməsi istiqamətində iş aparılır”, - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası istiqamətində də işlər davam etdirilir.
“İşlər ekspert səviyyəsində aparılır. Hazırda 480 km-lik Azərbaycan-Gürcüstan sərhədinin təxminən 300 km-i razılaşdırılıb”, - deyə Q.Məmmədov qeyd edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət