Dekabrın 10-da «Azərikimya» İstehsalat Birliyinin akt zalında idarəetmə sistemlərinin sertifikatlaşdırılması sahəsində dünya lideri olan SGS şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən «Keyfiyyəti İdarəetmə Sisteminin tətbiq edilməsi mərhələləri» mövzusunda növbəti regional seminar keçirilmişdir.
«Azərikimya» İB-nin tabeliyində olan müəssisələrlə yanaşı Sumqayıtda fəaliyyət göstərən digər şirkət və müəssisə rəhbərlərinin də iştirak etdiyi və gün boyu davam edən seminarda «SGS Azəri LTD» şirkətinin İdarəetmə sistemlərinin və xidmətlərinin sertifikatlaşdırılması üzrə auditoru, menecment sistemləri üzrə Avropa Keyfiyyət Assosiasiyasının baş məsləhətçisi Asif Əmirsultanovun «İSO 9001:2008-ə görə Keyfiyyəti İdarəetmə Sistemi nə deməkdir və onun tətbiqedilmə mərhələləri» mövzusunda məruzə - təqdimatı dinlənilmişdir.
Keyfiyyət İdarəetmə Sisteminin müştərilərin tələblərinə uyğun yüksək səviyyəli xidmət göstərilməsi, məhsul istehsalını zəmanətli edən keyfiyyəti idarəetmə tələbi və bu sistemin üstün cəhəti kimi mülkiyyət formasından, ölçüsündən və fəaliyyət istiqamətindən asılı olmayaraq tətbiq dairəsinin çox geniş olması ilə fərqləndiyi vurğulanan seminarda İSO 9000 standartı seriyasının 8 fundamental prinsipi haqqında da dinləyicilərə ətraflı məlumat verilmişdir.
Sonda «SGS Azəri LTD» şirkətinin nümayəndələri tərəfindən seminar iştirakçılarının sualları ətraflı cavablandırılmışdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət