ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Birliyin inzibati binasının zalında Sumqayıtın bir sıra müəssisə, idarə və təşkilatlarını təmsil edən komandalar arasında stolüstü tennis üzrə şəhər turniri keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən və “Azərikimya” İB-nin 5 komanda ilə təmsil olunduğu yarışlara Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin, şəhər təhsil və səhiyyə şöbələrinin, Sumqayıt Dövlət və Qafqaz Universitetlərinin, Müəllimlər İnstitutunun, şəhər Polis İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Gömrük İdarəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, Sumqayıt Peşəkar Futbol klubunun, 2 saylı UGİM-in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılmışdır.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra turnirin açılış mərasimində çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev idmançıları salamlayaraq, onlara yarışlarda uğurlar arzulamışdır.
Peşəkar hakimlər heyəti tərəfindən idarə olunan, gərgin rəqabət və idman mübarizəsi şəraitində iki gün davam edən yarışlarda hər birinin tərkibində üç kişi və iki qadın tennisçinin yer aldığı komandalar maksimum fəallıq və qələbə əzmi nümayiş etdirmişlər.
Yarışlarda daha yaxşı nəticə göstərmiş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Yanğından Mühafizə İdarəsinin komandası 1-ci yeri tutaraq tennis üzrə şəhər turnirinin qalibi olmuşdur. «Azərikimya» İB-nin “Kimyalayihə” İnstitutunun və şəhər Təhsil şobəsinin komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri qazanmışlar.
Qalib komandalar «Azərikimya» İstehsalat Birliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Məzmunlu və yaddaqalan oyunu ilə fərqlənən ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzin komandası isə xüsusi diplomla təltif olunmuşdur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət