Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsinin səhmdarları çərşənbə axşamı Bakıda boru kəmərinin tikintisinə dair qətnaməni təsdiq ediblər. Bu barədə TAP konsorsiumunun məlumatında deyilir.
Bu barədə çərşənbə axşamı “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanmasından sonra bildirilib.
“Səhmdarlarımızın verdiyi elan onların TAP və bu layihənin gələcəkdə kommersiya və texniki baxımdan məqsədyönlülüyünə əminliyinin nümayişi üçün mühüm mərhələdir”, - deyə məlumatda TAP layihəsinin icraçı direktoru Kyetil Tunqlanda istinadən vurğulanır.
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanmasını şərh edən K.Tunqland onu “Cənub qaz dəhlizi” layihəsinin inkişafında tarixi addım kimi qiymətləndirib.
“Qaz nəqlinin yeni marşrutunun açılması ilə TAP və “Şahdəniz” Avropaya qaz tədarükünün diversifikasiyası və təhlükəsizliyini təmin edəcək və bu dəhlizə daxil olan ölkələrin strateji əhəmiyyətini artıracaq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, çərşənbə axşamı “Şahdəniz” layihəsinin iştirakçıları Bakıda bu yatağın işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalayıblar.
28 iyun 2013-cü il tarixində “Şahdəniz” konsorsiumu TAP qaz kəmərinin inşası layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın Avropaya ixrac marşrutu elan edib. Seçim “Nabucco-West” və TAP boru kəmərləri arasında aparılıb.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “EGL-Axpo” (5%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət