“Şahdəniz” konsorsiumu “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində $1 mlrd. 972 mln. dəyərində iki podrat müqaviləsi imzalayıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin (layihənin texniki operatoru –İ F-Az) məlumatında bildirilir.
Türkiyənin “Tekfen Insaat və Tesisat A.S” şirkəti və Azərbaycanın “Azfen” birgə müəssisəsi tərəfindən yaradılmış "Tekfen-Azfen” alyansı ilə $998 mln. dəyərində müqavilə imzalanıb.
Müqavilə üzrə görüləcək işlərə Səngəçal terminalında qaz və kondensat emalı üzrə əsas qurğuların tikintisi; sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən Səngəçal terminalındakı qurğulara qədər boru kəmərinin (qaz, kondensat və monoetilenqlikolun terminala çatdırılması üçün) inşası; Səngəçal terminalında yenidənqurma işləri daxildir.
AMEC/Tekfen/Azfen (ATA) şirkətlər konsorsiumu ilə bağlanmış $974 mln. dəyərində müqavilə iki platformanın - hasilat və yaşayış bloklu texnoloji platformanın üst modullarının inşası, barjaya yüklənməsi, eləcə də dənizdə quraşdırılması, yığılması, sazlanması və istismar sınağının keçirilməsi üzrə işləri nəzərdə tutulur. İşlər Bakıda ATA konsorsiumunun tikinti-quraşdırma sahəsində aparılacaq.
Hər iki müqavilə üzrə işlərin 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət