Azərbaycanda Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin mühafizəçisinə ov tüfəngindən atəş açaraq xəsarət yetirən şəxs hüquq-mühafizə orqanlarına təslim olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, dekabrın 11-də 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidməti məlumat verib ki, dekabrın 16-da Yevlax rayonunun Nuralılar kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Məmmədov könüllü olaraq Bərdə rayon prokurorluğuna gələrək cinayətin onun tərəfindən törədildiyini bildirməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təqdim edib.
Aparılmış istintaqla müəyyən edilib ki, Pərviz İsmayılov iş yoldaşı Mətləb Zeynalovla birlikdə Bərdə rayonunun Seyid Yusifli kəndi ərazisində, Qarabağ-Şəki meşə zolağında xidməti vəzifələrini yerinə yetirərkən həmin ərazidə Müşfiq Hüseynov və Natiq Məmmədovun ov etmələrinin qanuniliyini araşdırmaq istəyib. Sonuncular qaçaraq hadisə yerindən uzaqlaşarkən, P.İsmayılov şəxsiyyətlərini müəyyən etmək üçün özünə məxsus mobil telefonla fotoşəkillərini çəkmək məqsədi ilə onların arxasınca qaçan zaman N.Məmmədovun Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərərək ov tüfəngindən bir dəfə atəş açaraq ona ayaq nahiyəsindən xəsarətlər yetirməsində əsaslı şübhələr olduğundan N.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Meşə gözətçisinə atəş açan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət