Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey ikili vətəndaşlığı olan şəxsləri ölkə pasportundan məhrum etmək üzrə səlahiyyətlərindən daha fəal istifadə edir. Bu barədə Britaniyanın “İndependent” qəzeti bazar ertəsi məlumat verib.
Məlumata görə, Daxili İşlər Nazirliyində prezident Bəşər Əsədə qarşı mübarizə aparan ekstremistlərə qoşulmaq üçün Suriyaya gedən şəxslərin Böyük Britaniyaya qayıtmasının qarşısını almağa çalışırlar.
“İndependent” qeyd edir ki, təkcə 2013-cü il ərzində 20 nəfər vətəndaşlıqdan məhrum edilib, ötən iki il yarım ərzində isə onların sayı 17 nəfər təşkil edib.
“Vətəndaşlıqdan məhrumetmə prosesi həqiqətən də həyata keçirilir. Hazırda Suriyada 40 nəfərdən 240 nəfərə qədər britaniyalı var. Ola bilsin ki, biz onların vətəndaşlıqdan məhrum edilməsi istiqamətində kifayət qədər fəal iş aparmırıq”, - deyə qəzet nazirliyin adının gizli qalmasını istəyən keçmiş yüksək rütbəli əməkdaşına istinadən bildirir.
Nəşrdə qeyd olunur ki, DİN başçısı daha bir vətəndaşlığı olan şəxsləri Britaniya vətəndaşlığından məhrum edə bilər. Bu, nazirin həmin şəxslərin Böyük Britaniyada olmalarının cəmiyyətə fayda verməməsini və ya vətəndaşlığın dələduzluq yolu ilə əldə olunmasını düşünməyə əsası olduqda baş verə bilər.
Qəzet bildirir ki, vətəndaşlıqdan məhrumetmə haqqında qərar həmin şəxslər xaricdə olduğu zaman qəbul olunur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət