Misir polisi Məhəmməd Mursinin prezidentiliyi dövründə ölkənin baş naziri olmuş Hişam Kandili həbs edib. Bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat verib.
Yerli KİV-lər DİN nümayəndəsinin bəyanatına istinadən xəbər verir ki, sabiq baş nazir qanunsuz şəkildə Sudana qaçmağa cəhd göstərərkən Qahirə yaxınlığındakı səhrada saxlanılıb.
H.Kandil baş nazir vəzifəsində çalışarkən 1996-cı ildə özəlləşdirilmiş şirkətin milliləşdirilməsi haqqında qərarı yerinə yetirmədiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilmə cəzası alıb.
Qahirə məhkəməsi sentyabr ayında hökmün qanuniliyini təsdiq edib.
M.Mursi iyul ayında hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra H.Kandil bir müddət kölgədə qalıb.
O, radikal müsəlmanlarla hərbçilərin hakimiyyətə gətirdiyi hökumət arasında gərginliyi azaltmağa çalışan avropalı vasitəçilərlə görüşlərdə M.Mursini dəstəkləyən islamçı birliklərin nümayəndəsi qismində çıxış edirdi.
Bu səylər uğurla nəticələnməyib, avqust ayında polis islamçılara qarşı kütləvi hücuma keçib və küçə toqquşmalarında mindən çox insan həlak olub. Nüfuzlu islamçı liderlər də daxil olmaqla minlərlə adam həbs edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət