Artıq 5 ildir ki, fəaliyyət göstərən “Təmiz Şəhər” ASC yarandığı gündən qarşıya qoyulmuş vəzifələri uğurla icra etməkdədir. Görülən işlərdə keyfiyyətə böyük diqqət yetirən Səhmdar Cəmiyyət öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində mütəmadi olaraq ciddi addımlar atır. maqdadır. Qısa müddət ərzində “Təmiz Şəhər” ASC Keyfiyyət İdarəetmə Sistemləri üzrə bütün qayda və təlimatları hazırlayaraq onlara riayət etməyə başladı. Müstəqil auditorlar tərəfindən keçirilən yoxlamalar nəticəsində “Təmiz Şəhər” ASC–nin bütün səhalərində beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olundu.
Bu yaxınlarda isə dünyada tanınmış “TÜV Austria” şirkəti tərəfindən “Təmiz Şəhər” ASC “Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə” ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun xidmət göstərmək, reallaşdırmaq üçün mövcud olan əməliyyatların (proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına “Təmiz Şəhər” ASC də qoşuldu.
Səhmdar Cəmiyyət əldə etdiyi uğurlarla kifayətlənmir və növbəti ildə İSO 14001:2004 “Ekoloji Menecment Sistemi” və OHSAS 18001:2007 “Peşə sağlamlığı və təhlükəsizlik üzrə Menecment Sistemi” üzrə beynəlxalq sertifikatların alınması istiqamətində işlərini davam etdirəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət