Bank Respublika müştəriləri yeni istifadəyə verilmiş “İnternet şöbəsi” vasitəsilə geniş çeşiddə bank məhsullarından faydalanmaq imkanını əldə etdilər. Yeni xidmət istifadəçilərin rahatlığı üçün www.bankim.az veb ünvanda yerləşdirilib. Bankın müştərisi bu xidmət üçün müraciət etdikdən sonra istifadə etdiyi məhsul və xidmətlərlə yanaşı digər bank məhsullarından da yararlanmaq üçün banka gəlmədən müraciət edə bilər. Bu servis tamamilə pulsuzdur və 7/24 iş rejimində xidmət göstərir.
“İnternet şöbəsi” mövcud kreditllər, ödəniş qrafikləri, qalıq borclar və aparılmış ödənişlərin statistikası haqqında ətraflı məlumat əldə etməyə və kredit borcunu “İnternet şöbəsi”-ni tərk etmədən ödəməyə imkan verir. Krediti qısa müddət ərzində rəsmiləşdirmək istəyənlər isə kredit növü və kreditin məbləğini müraciət ərizəsində qeyd edə bilərlər.
Bu xidmətin əsas üstün cəhəti - yerli maliyyə sektorunda plastik kartlarla unikal iş modulundadır ki, müştərinin sahib olduğu bütün plastik kartları və apardığı kart əməliyyatları barəsində statistikanı təfərrüatı ilə təqdim edir. Statistik məlumatlarda konkret kartla xərclədiyiniz məbləğ və məkanlar göstərilir, bu da öz növbəsində müştərilərin şəxsi büdcələrinə düzgün nəzarət etmələrinə köməklik edir.
Plastik kartlara dair, onu da qeyd edək ki, burada həmçinin yeni kartı onlayn sifariş etmək, kart balansını artırmaq və müxtəlif xidmətlər üzrə ödənişlər etmək mümkündür.
Əlavə olaraq, bankın “İnternet şöbəsi”-nin istifadəçiləri valyuta məzənnələri barəsində məlumat almaq və onlayn konvertordan istifadə etmək imkanı qazanırlar.
“İnternet şöbəsi” hətta bankda hələki aktiv məhsulu olmayan ziyarətçilər üçün faydalı xidmətlərini qeydiyyatsız təklif edir. Bu rejimdə həmin istifadəçilər üçün kreditin onlayn sifarişi və ödənilməsi, plastik kart sifarişi, valyuta məzənnələri və konvertor xidmətləri aktivdir. Bununla yanaşı, qeydiyyatsız istifadəçilərin modulların demo versiyaları ilə tanış olmaq imkanları var.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət